Düşmən tankına hoppanaraq içinə partlayıcı atan, qorxu bilməyən qəhrəman şəhidimiz – Əliyev Elçin Rasim oğlu - FOTOLAR

  • By arzu
  • 04 Dekabr 2020 14:44

Düşmən tankının üstünə hoppanıb əli ilə partlayıcını tankın içinə atıb partladan qəhrəmanımız…

 

Azərbaycan istər istər ilk Qarabağ müharibəsində, istərsə də, aprel və İkinci Qarabağ savaşlarında bir sıra qəhrəmanları ilə tarix yazdı. Ordumuzun və millətimizin adını-şanını uca tutan, ölümə meydan oxuyan cəsur oğullarımızdan biri də Elçin Rasim oğlu Əliyevdir.

Elçin 1994-cü ilin martında Mingəçevirdə doğulub. Ailəsini çətin günlərində doğulan Elçin  bununla kədərli günlərində ailəsi üçün kiçik bir sevincə səbəb olmuşdu.

Elçinin atası da, könüllü döyüşçülərdən biri olub. Qarabağ qazisidir. Babası ilə İkinci Dünya Müharibəsinin iştirakçısı olub.

Elçinin özünə gəldikdə isə, o, 7-ci sinifdən ailəsinə kömək etmək üçün işləməyə başlayıb. Məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanır. MAXE rütbəsinə yüksəldikdən sonra kursantlığı bitirir və aprel savaşlarında iştirak edir. Kəşfiyyata yazılan elçinin ölümü haqqında ailəsi sonradan xəbər alır.

Talış kəndi istiqamətindəki döyüşlərdə fəal iştirak edərək, ilk 10 postu azad edən hərbiçilərimizdəndir.

Qorxmaz qərhərmanımız yaralıların döyüş bölgəsindən çıxarılmasında böyük əmək göstərib.

Düşmən tankının üstünə hoppanıb əli ilə partlayıcını tankın içinə atıb partladıb. 1 əsgərin idarə etdiyi tankı götürüb ki, özü idarə etsin. Çünki həm də tankçı idi.

Qorxmaz cəsarət örnəkləri göstərən Elçin əfsuslar ki, düşmən tərəfindən atılan bombanın onun  idarə etdiyi tankın yanına düşməsi ilə qəhrəmanlığını bir daha davam etdirə bilmir və şəhid olur.

Gizir rütbəsi ilə şəhid olan qəhrəmanımız oktyabrın 4-də torpağa verilir.

 

26 illik ömrü ilə qəlblərdə taxt quran, kitablara mövzu olacaq qəhrəmanlıq örnəkləri yaradan Elçin Rasim oğlu Əliyev bir daha düşmən dığalarına bu yurdun necə qorxmaz və rəşadətli sərkərdələr yetişdirə biləcəyinin əyani örnəyini bədəni, ruhu, qəlbi ilə ortaya qoymuş vətən övladlarımızdan biridir.

Elçin 26 il deyil, millətimizin qəlbində şücaəti ilə əbədiyaşar bir qəhrəman kimi, var olacaq.

Allah rəhmət etsin.

 

 

 

 

 

Gununsesi.org