Təyyarənin havada qopan parçası gördün hardan tapıldı…

ABŞ-da Alaska Hava Yollarına məxsus “Boeing 737 MAX 9” tipli sərnişin təyyarəsinin havada olarkən qopan pəncərəsi bir evin bağçasında tapılıb.

Gununsesi.info xəbər verir ki, təyyarə keçən həftə havada olarkən baş vermiş insident səbəbindən məcburi eniş edib. Alaska Hava Yolları tərəfindən edilən yazılı açıqlamada, təyyarənin 171 sərnişin və 6 kabin heyəti ilə təhlükəsiz eniş etdiyi bildirilib.

İstintaqı aparan səlahiyyətlilər təyyarədən düşən parçanın bir müəllimin bağçasında tapıldığını açıqlayıb.

Federal Aviasiya Administrasiyası “Boeing 737″lərin yoxlamadan keçənə qədər uçuşunu qadağan etdiyini açıqlayıb.

Xatırladaq ki, Türk Hava Yolları da havada olarkən pəncərəsi sınmış sərnişin təyyarəsinin təcili enişindən sonra özünün “Boeing 737 MAX 9” tipli təyyarəsini əməliyyatlardan geri çəkməyə qərar verib.

Gununsesi.info