Möcüzə xilasetmə: Yük maşını sürücüsü 6 gün avtomobildə sıxışıb qaldı – VİDEO

Qəza törədən yük maşını sürücüsü 6 gün sonra körpünün altında avtomobilində ilişib qalmış vəziyyətdə tapılıb.

Gununsesi.info xəbər verir ki, hadisə ABŞ-ın İndiana ştatında baş verib.

Metyu Reum (27) dekabrın 20-də baş vermiş qəza nəticəsində ştatın Portaj rayonu yaxınlığında yük avtomobilini körpünün altına aşıb.

İndiana ştatında iki balıqçı qəzadan 6 gün sonra Reumu yük maşını ilə körpünün altında sıxılmış vəziyyətdə tapıblar. ABŞ mətbuatına danışan balıqçılar bildiriblər ki, əvvəlcə adamın öldüyünü düşünsələr də, yaxınlaşanda sürücü onlarla danışmağa başlayıb.

Reumun çaşqın qalan balıqçılara “qollarımı və ayaqlarımı hiss etmirəm” dediyi öyrənilib. Səlahiyyətlilər bildiriblər ki, balıqçılar olmasaydı, Reum öləcəkmiş.

Xəstəxanaya yerləşdirilən və bir ayağı amputasiya edilən Reumun müalicəsinin davam etdiyi paylaşılıb. Reum xəstəxana xərclərini ödəmək üçün onlayn xeyriyyə kampaniyasına da başlayıb.

Reum 6 gün su içərək sağ qaldığını və səsini eşitdirməyə çalışdığını, lakin buna nail ola bilmədiklərini bildirib.

Polis qəza ilə bağlı onlara heç bir məlumat daxil olmadığını bildirib.

Gununsesi.info