ABŞ Senatı sərhəd sazişinin mətnini dərc etdiyinin anonsunu verdi

ABŞ-da Respublikaçıların baş müzakirəçisi, senator Ceyms Lankford bildirib ki, sərhəd və immiqrasiya məsələləri üzrə Ukraynaya on milyardlarla dollarlıq yardımın açılmasına imkan yaradan sazişin mətni bu həftə açıqlana bilər.

Gununsesi.info xəbər verir ki, senatorun bəyanatını “Politico” nəşri sitat gətirib.

Lankford əlavə edib ki, sənəd yaxın vaxtlarda Senat tərəfindən qəbul olunarsa, Nümayəndələr Palatasına göndərilə bilər, o da “onu təkmilləşdirmək üzərində işləyə bilər”.

Yaxud Nümayəndələr Palatası buna ciddi şəkildə baxıb deyə bilər ki, bu, sərhəddə real irəliləyişdir, gəlin bunu götürək, saxlayaq, sonra daha çoxuna keçək”, – deyə o bildirib.

ABŞ prezidenti Co Bayden oktyabr ayında Konqresdən əlavə maliyyə, o cümlədən Ukrayna üçün 60 milyard dollardan çox vəsaitin təsdiqlənməsini istəyib. Lakin Meksika ilə sərhəd təhlükəsizliyi ilə bağlı ikitərəfli fikir ayrılıqları səbəbindən Senatda dayanıb.

Dekabrın 27-də ABŞ Ukraynaya 2023-cü ildə 250 milyon dollar dəyərində sonuncu hərbi yardım paketini təqdim etdiyini açıqlayıb.

Gununsesi.info