Tərtərdə mina partladı

Tərtərdə 43 yaşlı kişi minaya düşüb.

Baş Prokurorluğun Mətbuat xidmətindən Gununsesi.info-ya bildirilib ki, bu gün rayonun Borsunlu kənd sakini Elnur Əsgərov kənd ərazisində açıq sahədə mina partlayışı nəticəsində xəsarət alıb. Faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma aparılır.

HTML tutorial

Qeyd edək ki, Vətən Müharibəsindən sonra bu günədək Ermənistan tərəfindən minalanmış Azərbaycan ərazilərində 51 nəfər həlak olub.

 

Gununsesi.info