Bakıda gənc oğlana çoxsaylı bıçaq xəsarəti yetirilib

Bakının Binəqədi rayonunda bıçaqlanma hadisəsi baş verib.

Gununsesi.info xəbər verir ki, hadisə Binəqədi qəsəbəsində qeydə alınıb.

HTML tutorial

Belə ki, “DSK” yolu kimi tanınan ərazidə 1996-cı il təvəllüdlü Babayev Fərid Elşən oğlu tanışı ilə əlbəyaxa dava edib. Dava zamanı ona üç bıçaq zərbəsi vurulub. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info