Məktəbdə kütləvi zəhərlənmə

Bakıda 149 saylı məktəbin şagirdləri arasında kütləvi zəhərlənmə olub. Onlar Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər.

Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov Gununsesi.info-ya bildirib ki, xəstəxanaya yerləşdirilən şagirdlərin həyatı üçün təhlükə yoxdur.

HTML tutorial

Məktəbdən Gununsesi.info-ya bildirilib ki, aprelin 18-də məktəbdə 15 şagird naməlum səbəbdən özlərini narahat hiss edib:

“Məktəb rəhbərliyi tərəfindən dərhal təcili-tibbi yardıma məlumat verilib və şagirdlər müvafiq səhiyyə müəssisəsinə çatdırılıb.

Həmçinin məktəb rəhbərliyi digər aidiyyəti dövlət qurumlarına və şagirdlərin valideynlərinə məlumat verib. Müvafiq müayinələrdən və tibbi prosedurlardan sonra şagirdlərin ümumi vəziyyətinin qənaətbəxş olduğu bildirilir”.

 

Gununsesi.info