Tərtər sakinləri olan ata və qız bıçaqlanıb

  • By ilhame
  • 26 Fevral 2024 21:42

Azərbaycanda bıçaqlanma hadisəsi olub.

 

Gununsesi.info-nun məlumatına görə, rayon sakinləri, 27 yaşlı A.Mirzəyeva və onun atası 74 yaşlı Z.Əliyev mübahisə zəminində bıçaqlanıb.

 

Hər ikisi xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti orta-ağır və kafi qiymətləndirilir.

 

Yaxınlarının dediyinə görə, hadisəni törətməkdə şübhəli bilinən qızın həyat yoldaşıdır.

 

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info