Xocalı soyqırımını törədənlər cavab verəcəklər - İqor Korotçenko

  • By ilhame
  • 26 Fevral 2024 22:29

Xocalıda dəhşətli soyqırım aktını törədən hərbi cinayətkarlar qanun qarşısında cavab verəcəklər.

 

Gununsesi.info-nun məlumatına görə, bunu Xəzər Strateji Araşdırmalar İnstitutunun baş direktoru İqor Korotçenko deyib.

 

Politoloq qeyd edib ki, erməni hərbi cinayətkarlarının cəzalandırılması ilə bağlı ədalətli tələbləri bölüşür.

 

“Xocalıya ədalət, ilk növbədə, o zamankı Ermənistanın dəhşətli siyasətinin nəticəsi olan günahsız mülki qurbanların xatirəsinə ehtiramdır”, – İ.Korotçenko vurğulayıb.

 

Onun sözlərinə görə, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tam bərpası məsələsində ədalət ikinci Qarabağ müharibəsinin nəticələri, eləcə də 2023-cü ildə həyata keçirilən antiterror tədbirləri sayəsində zəfər çalıb: “Bu gün ölkə səmərəli şəkildə inkişaf edir. müharibənin yaraları sağalır, məcburi köçkünlərin azad edilmiş ərazilərə qayıtması üçün genişmiqyaslı proqram qəbul edilib”.

Gununsesi.info