Ev sahibləri ustanın meyitini tapdı

Abşeron rayonunun Pirəkəşkül qəsəbəsində müəmmalı hadisə baş verib.

Gununsesi.info xəbər verir ki, qəsəbə ərazisində yerləşən mənzildən orada usta kimi çalışan 1977-ci il təvəllüdlü Ramil Möhübbət oğlu Həsənovun meyiti tapılıb.

Belə ki, ev sahibləri mənzilə gəldikdə ustanın öldüyünü görüblər.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.

 

 

Gununsesi.info