Vilnüsdə təyyarə uçuş-enmə zolağından çıxıb, aeroport müvəqqəti bağlanıb

  • By ilhame
  • 03 Fevral 2024 22:06

 

Vilnüs hava limanında 179 sərnişin və altı ekipaj üzvü olan təyyarə eniş zamanı uçuş-enmə zolağından çıxıb.

 

Gununsesi.info xəbər xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

 

Milandan uçan təyyarənin uçuş-enmə zolağından çıxması nəticəsində Vilnüs Beynəlxalq Hava Limanı üç saat bağlanıb.

 

Xəsarət alan olmayıb.

 

İlkin məlumata görə, hadisəyə əlverişsiz hava şəraiti səbəb olub.

Gununsesi.info