“Tərtər işi” üzrə daha 4 hərbçi hakim qarşısına çıxarılır

“Tərtər işi” üzrə daha 4 hərbçi hakim qarşısına çıxarılır.

Gununsesi.info– xəbər verir ki, bunlar Ruslan Mikayılov, Sənan Maşıyev, Cabir Qəhrəmanov və Elçin Əliyevdir. İttiham olunan 4 nəfərin işi üzrə cinayət işi Bakı Hərbi Məhkəməsinin icraatına daxil olub. Prosesə hakim Camal Ramazanov sədrlik edəcək.

HTML tutorial

Cinayət işi üzrə 185 nəfər zərərçəkmiş qismində tanınıb. Məhkəmə iclasları zalların genişliyi baxımından Sumqayıt Məhkəmə Kompleksində keçiriləcək.

 

Gununsesi.info