
Daxili İşlər Nazirliyi Qərbi Kaspi Universitetinin 2-ci kurs tələbəsi Yasəmən Ağaşirinovanın vəfat etdiyi yol qəzası ilə bağlı məlumat yayıb.
Gununsesi.info nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, noyabrın 20-də saat 10 radələrində Abşeron rayonunun Hökməli qəsəbəsi ərazisində Gəncə şəhər sakini A.Əliyev idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yolu keçən Qusar rayon sakini Yasəmən Ağaşirinovanı vurub.
Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Gununsesi.info