Rəssamlar Qubadlıya gedəcək

Bir qrup rəssamın 1-10 dekabr tarixlərində işğaldan azad olunmuş Qubadlı rayonuna səfəri planlaşdırılır.

Bunu Publika.az-a açıqlamasında xalçaçı-rəssam, Əməkdar mədəniyyət işçisi Fazil Abasquluzadə deyib. O bildirib ki, rəssamlar Qubadlıya erməni vandalizminin eskizlərini çəkmək üçün gedirlər. Daha sonra həmin eskizlər əsasında sənət əsərləri, xalça-natürmortlar ərsəyə gələcək.

Bununla da rəssamlarımız Qubadlıdakı erməni vəhşiliklərini həm tarixiləşdirəcək, həm də dünya ictimaiyyətinə təqdim edəcəklər.

Səfərin təşkilatçısı Mədəniyyət Nazirliyidir.

Gununsesi.info