Təbrizdə bütün məktəblər bağlandı – SƏBƏB

Havanın çirklilik səviyyəsinin təhlükəli həddə olması və əyalətin Fövqəladə Hallar Komitəsinin xəbərdarlığı səbəbindən dekabrın 4-də Təbriz, Üskü, Səhənd şəhərləri və ətraf kəndlərinin bütün məktəbləri bağlanıb.

Gununsesi.info axar.az-a istinadən bildirir ki, bu barədə Şərqi Azərbaycanın Təhsil İdarəsi məlumat yayıb.

Bununla yanaşı, həssas yaş qrupundan olan insanların – qocaların, uşaqların və xəstələrin evdə qalmaları tövsiyə olunub.

Gununsesi.info