Təbii fəlakətlər dünyaya 150 milyard dolar ziyan vurub

  • By arzu
  • 29 Dekabr 2020 11:32

2020-ci ildə baş vermiş təbii fəlakətlər nəticəsində bəşəriyyətə 150 mlrd. ABŞ dolları dəyərində zərər dəyib.

Gununsesi.org-un APA-ya istinadən verdiyi məlumata görə, bu barədə “Christian Aid” xeyriyyə təşkilatının hesabatında deyilir.

“İqlim dəyişikliyi 2020-ci ildə davam edib. Söhbət Asiyadakı daşqınlar, Afrikadakı çəyirtkə hücumu, həmçinin Avropa və Amerikadakı fırtınalardan gedir”, – hesabatda deyilir.

Təbii fəlakətlər nəticəsində il ərzində ən azı 3,5 min insan həyatını itirib, 13,5 mln. çox insan isə evlərini tərk etmək məcburiyyətində qalıb.

Gununsesi.org