ÜST-dən SON XƏBƏRDARLIQ: Gələcəkdə daha şiddətli olacaq

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus video konfrans üsulu ilə 2020-ci ilin son mətbuat konfransını keçirib.

Gununsesi.info “TRT Haber”ə istinadla xəbər verir ki, o, gələcəkdə daha şiddətli ola biləcək epidemiyaya hazır olmağımızla bağlı dünyaya mesaj verib.

Qebreyesus bildirib ki, ÜST Vuhanda “səbəbi bilinməyən sətəlcəm” hallarının yayılması faktı ilə ilk dəfə şəhərdə nəşr olunan bülleten vasitəsilə xəbər tutub.

COVID-19 pandemiyasında təşkilatın siyasətini müdafiə edən direktor deyib

“Qlobal həmrəylik yaratmaq üçün dünyanın hər yerindən minlərlə möhtəşəm elm adamları ilə çalışdıq. Hər gün yeni bir şey öyrənirik. Bəzən yaxşı, bəzən çətin, bəzən sözün əsl mənasında təəccüblü, lakin hamısı faydalıdır. Heç birimiz epidemiyanı tək başımıza bitirə bilmərik. Epidemiyanı birlikdə bitirəcəyik”.

“Gələcəkdə daha şiddətli ola biləcək epidemiyaya hazırlaşmalıyıq”

ÜST Təcili Yardım Proqramının direktoru Mike Ryan isə dünyanın bu gün elm və peyvənd mövzusunda inkişaf etmiş bir mərhələdə olduğunu söyləyib.

COVID-19 pandemiyasının şiddətli olduğunu və dünya miqyasında sürətlə yayıldığını izah edən Ryan vurğulayıb:

“Bu epidemiya şübhəsiz ki, ən böyüyü deyil. Bu virus çox yoluxucudur, insanları öldürür və bir çox insanı sevdiklərindən məhrum edir. COVID-19-a yoluxmaların sayını nəzərə alaq. Bu bir xəbərdarlıq siqnalıdır. Gələcəkdə daha da şiddətli ola biləcək bir şeyə (epidemiyaya) hazırlaşmalıyıq”

Gununsesi.info