
İtaliyada koronavirusa yoluxan bir rahibin ayin zamanı insanlara eyni qədəhdən şərab içirtdiyi ortaya çıxıb.
Gununsesi.org xəbər verir ki, kilsədə qeydə alınan görüntülərin sosial mediada yayılmasından sonra kilsə dezinfeksiya edilmək üçün müvəqqəti bağlanılıb.
Baş verənlərdən sonra səhiyyə əməkdaşları ayində iştirak edən insanları tapmaq üçün axtarışa başlayıb.