Bakıda daha bir marşrut xətti karta keçdi

25 iyun 2021-ci ildən 108B nömrəli marşrut xətti (“Azadlıq prospekti” metrostansiyası – Mehdiabad qəsəbəsi) üzrə hərəkət edən avtobuslarda gediş haqqı “BakıKart” vasitəsilə ödəniləcək. 

Bakı Nəqliyyat Agentliyindən (BNA) verilən məlumata görə, sərnişinlərin rahatlığının təmin edilməsi məqsədilə Binəqədi rayonu və Mehdiabad qəsəbəsi üzrə qeyd olunan ünvanlarındakı “OBA” marketlərdə “BakıKart” balansının artırılması üçün POS terminallar quraşdırılıb.

– “28 May” küçəsi 269A (Mehdiabad qəs.)

– Cəfər Cabbarlı küçəsi 5., (Mehdiabad qəs.)

– Azadlıq pr.104 (Binəqədi ray.)

– A.Hüseynov küç. (Binəqədi ray.)

– Mərkəz Binəqədi (Binəqədi ray.)

– 2-ci Mədən (Binəqədi ray.)

– Novxanı yolu (Binəqədi ray.)