“Cəfər Cabbarlı”da stansiya yolunun təmirinə BAŞLANILIR

“Cəfər Cabbarlı” stansiyasında yol infrastrukturunun dəyişdirilməsinə başlanılır.

Bu barədə Gununsesi.info-ya “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

B.Məmmədovun sözlərinə görə, həmçinin, metroda ilk dəfə tunel yolunun (“Cabbarlı-Xətai” istiqamətində 500 m yaxın sahə) tam yenilənməsi istiqamətində də işlər davam etdirilir:

“Əvvəl üst hissə və şaxtalarda, sonra tunel hissəsindəki yolda işlər başlanıldı. Oradakı işlər 1 ay tez bitdiyindən, yeni mərhələyə, stansiya yolunun təmirinə başlanılıb”.

Gununsesi.info