
Sosial Mediada Şuşada döyüşən hərbçimizin müraciət videosu yayılıb.
Gununsesi.org ailəsinə sosial yardım verilməməsindən şikayətlənən Yardımlı rayonunun Ərsilə kəndinən olan könüllü döyüşçümüz Rahib Ağayevin Azərbaycanın Şuşa şəhərindən etdiyi video müraciəti insanların vicdanını sızladır. “Mən şəhid olum, uşaqlarım ac qalsın?!”, – deyə səslənən döyüşçümüz hərbi xidmətdə olmasına baxmayaraq, dövlət məmurlarının Rahibin özünün gəlməli olduğunu, bəzən isə məmurların 1000 manat pul istədiyini bildirir.