
Ermənistanda baş nazir Nikol Paşinyanın istefasını tələb edən aksiyalar davam edir.
Gununsesi.org xəbər verir ki, saat 17:00-dan etibarən paytaxt İrəvanın mərkəzində daha yeni mitinq başlayıb.
Etirazçılar Komitas, Baqramyan 26 və Tiqran Mets prospektlərində toplaşır.
Ötən gün İrəvanda son ayların ən kütləvi etiraz aksiyası keçirilmişdi.