Fransanın baş naziri: “Rusiya ölkəmiz üçün birbaşa təhlükədir”

  • By ilhame
  • 28 Fevral 2024 22:19

Fransanın baş naziri Qabriel Attal bəyan edib ki, Rusiya respublika üçün birbaşa təhlükədir.

 

“Reallıq bundan ibarətdir ki, Rusiya bütün aspektlərdə Fransa üçün birbaşa və bilavasitə təhlükə yaradır”, – o, Senatda (respublika parlamentinin yuxarı palatası) çıxışı zamanı deyib.

 

Hökumət başçısının sözlərinə görə, Rusiya Fransada “dezinformasiya kampaniyaları”, Avropa ölkələrində “sabitliyi pozmaq və parçalama əməliyyatları”, həmçinin kiberhücumlar həyata keçirir.

Gununsesi.info