Sumqayıtda gənc qız itkin düşüb

Sumqayıtda 15 yaşlı gənc qız itkin düşüb.

Gununsesi.info xəbər verir ki, hadisə ötən gün baş verib. Şəhər sakini, 2008-ci il təvəllüdlü Məmmədova Zəhra Nurlan qızı 7-8-12 məhəllədə yaşadığı evdən heç bir söz demədən çıxıb gedib və geri qayıtmayıb.

Faktla bağlı polisə məlumat verilib.

Gununsesi.info