Tərtərdə daha bir nəfər minaya düşdü

  • By ilhame
  • 06 Oktyabr 2023 21:37

Oktyabrın 6-da  saat 20:30 radələrində Tərtər rayonunun Həsənqaya kəndi ərazisində kənd sakini 1986-cı il təvəllüdlü Zaməddin Həsənlinin minaya düşməsi barədə polisə məlumat daxil olub.

DİN Mətbuat Xidmətindən Gununsesi.info- ya bildirilib ki,Z.Həsənli minaya düşməsi nəticəsində ayağından xəsarət alıb. O, dərhal xəstəxanaya çatdırılıb.

Araşdırma aparılır.

Qeyd edək ki, eyni zamanda bu gün Tərtərin Həsənqaya kənd sakini, 1989-cu il təvəllüdlü Yaquar Əliheydər oğlu Hadıyev piyada əleyhinə minaya düşməsi nəticəsində həlak olub.

Gununsesi.info