Sumqayıtda 79 yaşlı kişi səhvən kimyəvi maddə içərək ölüb. Hadisə şəhərin 4-cü mikrorayonunda baş verib.
Gununsesi.org xəbər verir ki, Sumqayıt şəhər sakini, 1940-cı il təvəllüdlü Rəcəbov Sovet Müstəcəb oğlu öz evində səhvən su əvəzinə kimyəvi maddə içib. Yaşlı kişini dərhal xəstəxanaya çatdırsalar da, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Gununsesi.org
COMMENTS