İraq çobanları ölkənin qərbindəki səhrada İŞİD terror qruplaşmasının başçıları tərəfindən gizlədilmiş milyonlarla dollar məbləğində xəzinəsini tapıblar.
Gununsesi.org xəbər verir ki, bu barədə “Al-Arabiya” telekanalı bildirib.
Məlumata görə, terror qruplaşmasının silahlıları Anbar əyalətindəki səhrada dollarları, qızılları və gümüşləri gizlədiblər. Bunların ümumi məbləği 25 milyon dollardır.
“Yerli çobanlar İŞİD-in xəzinəsini tapıblar”, – deyə telekanal xəbəri şərh edib.
Gununsesi.org
COMMENTS