Kolumbiyanın cənub-qərbində azı 5 nəfər üsyançıların silahlı hücumu nəticəsində həlak olub.
Gununsesi.org-un məlumatına görə, bu barədə EFE agentliyi xəbər verib.
Qeyd edilir ki, hadisə Kauka departamentinin Takueyo hindi icmasında olub. Yerli sakinlər üsyançıların hücümuna məruz qalıb. Hücum nəticəsində daha 6 nəfər yaralanıb.
Hadisə yerinə fövqəladə xidmətlərin qrupları göndərilib.
Gununsesi.org
COMMENTS