Avropa Məhkəməsi narkotiklə həbs edilən müxalifətçilərin şikayətini araşdırıb

  • By admin
  • 08 Dekabr 2022 12:37

Avropa İnsan Haqları Məhkəməsi (AİHM)  dekabrın 15-də Azərbaycandan göndərilmiş 6 şikayət üzrə qərarlarını elan edəcək.

Məhkəmədən Gununsesi.info-nun elektron poçtuna gələn məlumatda bildirilir ki, ərizələrdə Avropa Konvensiyasının 5-ci və 18-ci maddələrinin pozuntuları mübahisələndirilib. 4 bənzər ərizə birləşdirilib.

Ərizəçilər Cabbar Novruz oğlu Savalanlı, Fərəc Raqif oğlu Kərimov, Sirac Raqif oğlu Kərimli və Murad Güləhməd oğlu Ədilov Sumqayıtda (Cənab Savalanlı) və Bakıda yaşayan Azərbaycan vətəndaşıdırlar. Məhkəmə işi müxalif siyasi partiyaların üzvləri və fəalları olan ərizəçilərin (Fərəc Kərimovun qardaşı Sirac Kərimli istisna olmaqla) narkotik vasitələrin saxlanması və qanunsuz dövriyyəsi ilə bağlı saxlanılıb istintaqa cəlb edilməsi ilə bağlıdır.

Ərizəçilər Konvensiyanın 5-ci (azadlıq və toxunulmazlıq hüququ) və 18-ci (hüquqlarla bağlı məhdudiyyətlərdən istifadənin hədləri) maddələrinə əsaslanaraq, xüsusilə, hökumət əleyhinə fəaliyyətlərinə görə, qurama sübutlar əsasında, əsaslı şübhələr olmadan saxlanılma və həbs edilmələrindən, yerli məhkəmələrin onların həbsdə saxlanmaları üçün yetərli səbəblər təqdim edə bilməməsindən şikayət ediblər.

HTML tutorial

Mətləb

Gununsesi.info