SON DƏQİQƏ: Türkiyədə güclü zəlzələ BAŞ VERDİ

Türkiyənin Muğla vilayətinin Datça ilçəsinin sahillərində 5,1 bal gücündə zəlzələ baş verib.

Gununsesi.info-ya istinadla xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.

Məlumata görə, yeraltı təkanlar 2,51 km dərinlikdə meydana gəlib.

Zəlzələ ətraf bölgələrdə də hiss olunub.

Dağıntı və tələfatla bağlı məlumat yoxdur.