Türkiyədə koronavirusa gündəlik yoluxma sayı 60 minə çatır

  • By admin
  • 13 Aprel 2021 21:51

Türkiyədə koronavirusla bağlı bu günə olan vəziyyət açıqlanıb.

Gununsesi.info  Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu gün 273 nəfər pandemiyanın qurbanı olub.

306 min 563 koronavirus testi aparılıb ki, bunun da 59 min 187-si müsbət çıxıb.

Ağır xəstə sayı 2 min 723-dür.

52 min 104 nəfərin koronavirus müalicəsi tamamlanıb və onlar sağalıblar. Bununla sağalanların ümumi sayı 3 milyon 424 min 733-ə yüksəlib.

 

Gununsesi.info