
Saatlı sakinindən odlu silahlar götürülüb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan Gununsesi.info-ya verilən məlumata görə, Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı rayonun Bəylik kənd sakini Akif Əşrəfovdan müvafiq sənədləri olmayan “İJ-18” və “İJ-58” markalı 2 ədəd ov silahı aşkar edilərək götürülüb.
Faktla bağlı Saatlı Rayon Polis Şöbəsində araşdırma aparılır.
Gununsesi.info