
Dünən Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlara Qarşı Mübarizə İdarəsi tərəfindən saxlanılan sabiq deputat, iş adamı Nazim Bəydəmirlinin barəsində həbs-qətimkan tədbiri seçiləcəyi gözlənilir.
Bu barədə Gununsesi.info-ya məlumat verən sabiq deputatın yaxınları bildirib ki, onu hazırda Nərimanov Rayon Məhkəməsinə aparırlar.
Qeyd edək ki, Nazim Bəydəmirli Gədəbəydə baş verən ictimai etirazları müdafiə edib. Dünən isə keçmiş deputatı “Bandotdel”ə çağıraraq ondan vətəndaş şikayətinin olduğu deyilib.
Bildirilir ki, Nazim Bəydəmirli vətəndaşdan hədə-qorxu yolu pul tələb edib. Halbuki, söhbət gedən məsələ ilə bağlı sabiq deputat haqqını qanuni tələb edib. O, bu təlıbinə görə hətta DİN rəhbərinin qəbulunda olub.
Şəbnəm
Gununsesi.info