
Bu gün UEFA Millətlər Liqasında V tura start verilib.
Gununsesi.info-nun məlumatına görə, ilk oyun günündə A, C və D Liqalarında 9 qarşılaşma keçirilib.
A Liqasının 3-cü qrupunun liderlərindən Portuqaliya Fransanı qəbul edib. Minimal hesablı qələbə qazanan qonaqlar final mərhələsinə vəsiqə əldə ediblər. Qrupun digər oyununda İsveç Xorvatiyaya qalib gəlib – 2:1.
4-cü qrupda Almaniya Ukraynanı 3:1 hesabı ilə məğlub edib. İspaniya isə səfərdə İsveçrə ilə heç-heçəyə razılaşıb.
UEFA Millətlər Liqası
V tur
A liqası
3-cü qrup
23:45. Portuqaliya – Fransa – 0:1
Qol: N Qolo Kante, 54
23:45. İsveç – Xorvatiya – 2:1
Qol: Deyan Kuluşevski, 36, Markus Danielson, 45+2 – Markus Dnielsen, 81 (avtoqol)
Xal durumu: Fransa – 13, Portuqaliya – 10, Xorvatiya – 3, İsveç – 3.
4-cü qrup
23:45. Almaniya – Ukrayna – 3:1
Qollar: Leroy Sane, 23, Timo Verner, 33, 64 – Roman Yaremçuk, 12
23:45. İsveçrə – İspaniya – 1:1
Qol: Remo Froyler, 26 – Jerar Moreno, 89
İstifadə olunmayan penalti: Serxio Ramos (İspaniya), 57, 80
Qırmızı vərəqə: Niko Elvedi, 79
Xal durumu: Almaniya – 9, İspaniya – 8, Ukrayna – 6, İsveçrə – 5
C Liqası
1-ci qrup
21:00. Azərbaycan – Monteneqro – 0:0
21: Kipr – Lüksemburq – 2:1
Qollar: Qriqoris Kasstanos, 34 (penalti), 71 – Yoannis Kusulos, 5 (avtoqol)
Qırmızı vərəqə: Vahid Selimoviç, 33 (Lüksemburq)
Xal durumu: Monteneqro – 10, Lüksemburq – 9, Azərbaycan – 5, Kipr – 4.
D Liqası
1-ci qrup
18:00. Malta – Andorra – 3:1
Qollar: Emili Qarsiya, 56 (avtoqol), Yurgen Deqabriele, 59, Lyuk Dimex, 90+3 – Mark Rebes, 3
21:00. Latviya – Farer adaları – 1:1
Qollar: Vladimir Kameş, 59 – Qunnar Vatnamar, 60
Xal durumu: Farer adaları – 11, Malta – 8, Latviya – 4, Andorra – 2.
2-ci qrup
18:00. San Marino – Cəbəllütariq – 0:0
Qırmızı vərəqə: Davide Simonçini, 49 (San Marino)
Xal durumu: Cəbəllütariq – 7, Lixtenşteyn – 4, San Marino – 2.