İstanbulda tarixi Vaniköy məscidində yanğın baş verib

  • By admin
  • 15 Noyabr 2020 16:09

İstanbulun Üsküdar rayonunda yerləşən tarixi Vaniköy məscidində yanğın baş verib.

Gununsesi.info-nun xəbərinə görə, səbəbi məlum olmayan yanğınla əlaqədar hadisə yerinə  çox sayda yanğınsöndürən cəlb olunub.

Məscidin inşasında taxta materialdan çox istifadə olunduğu üçün yanğın sürətlə böyüyür və yanğından çıxan qatı tüstü şəhərin bir çox bölgəsindən görünür.

Hadisə ilə əlaqədar xəsarət alanlar barədə hələlik məlumat yoxdur.

Faktla bağlı araşdırma aparıldığı bildirilir.

 

 

Gununsesi.info