
Rusiyanın Novosibirsk vilayətində, xüsusi həyət evində çıxan yanğın nəticəsində dörd nəfər ölüb.
Gununsesi.info “RİA Novosti”yə istinadən bildirir ki, ölənlərdən biri uşaqdı.
Hadisənin araşdırılması ilə bağlı yaradılan istintaq qrupu bildirib ki, yanan evin qalıqları altından dörd nəfərin cəsədini tapıblar, onlardan biri isə azyaşlı olub. Hazırda yanğında ölənlərin şəxsiyyəti və yaşları müəyyənləşdirilir.
Gununsesi.info