
Şuşada xüsusi sessiya çərçivəsində SOCAR ilə BP arasında Əməkdaşlıq Müqaviləsi imzalanıb.
Gununsesi.info xəbər verir ki, sənədi SOCAR-ın birinci vitse-prezidenti Rövşən Nəcəf və BP-nin Regional prezidenti Qəri Counz imzalayıb.
Sənəd Azərbaycan Respublikasında bərpaolunan enerji potensialının öyrənilməsini, bu sahədə əməkdaşlıq məsələlərini və birgə layihələrin həyata keçirməsini nəzərdə tutur.
Gununsesi.info