
İkinci Qarabağ savaşından 2 ilə yaxın zaman keçməsinə baxmayaraq, 44 günlük savaşda qazi olan minlərlə insan hələ də əlilliklərini ala bilmir.
Hər dəfə Əmək və Əhalinin Sosial Müdafiəsi NAzirliyinin qarşısına toplaşan qaziləri aşağı səviyyəli məmurlar yola verməklə məşğuldur.
Artıq bu süründürməçiliyə etiraz edən bir qrup qazi bu gün nazirliyin bağlı qapılarını sındıraraq, içəriyə daxil olub.
Narazı vətəndaşlar Sahil Babayevlə görüş tələb etsələr də buna nail ola bilməyiblər.
Qazilər əlillik təyinatının olmaması, əksər hallarda imtina cavabı almaları, əyani müayinənin aparılmamasından, komissiyaya gec çağırılmalarından şikayətçidirlər.
Bu arada Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi olayla bağlı açıqlama yayıb.
Məlumata görə, Vətən müharibəsi iştirakçılarının müraciətlərinə daim xüsusi qayğı və həssaslıqla yanaşılır.