
Türkiyə istehsalı “Bayraktar TB2” PUA-larının qiyməti məlum olub.
Gununsesi.info xəbər verir ki, PUA-nın qiyməti 5 milyon avro civarındadır.
Litva hökuməti “Bayraktar TB2” almaq üçün Türkiyə ilə müqavilə imzaladıqlarını açıqlayıb.
PUA-nın alınması üçün ödəniləcək məbləğin kampaniya ilə toplandığı bildirilib.
Kampaniyanın təşkilatçıları 5 milyon avroya ehtiyac olduğunu açıqlamışdı. Türkiyə mənbələri yazır ki, bu, standart qiymət deyil. PUA-nın qiyməti müqavilənin şərtlərinə görə dəyişə bilər.
Qeyd edək ki, “Baykar” şirkətinin texniki direktoru Litva xalqının topladığı puldan imtina edərək onlara jest edib.
O, PUA-nın Litvaya pulsuz veriləcəyini açıqlayıb. Toplanan pul isə Ukraynada humanitar məqsədlər üçün istifadə ediləcək.
Gununsesi.info