Sahil Babayev qaziləri həbs etdirmək istəyir - NAZİRLİYƏ DƏYMİŞ ZƏRƏR SƏNƏDLƏŞDİRİLİB

  • By admin
  • 02 İyun 2022 21:12

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bu gün nazirliyə məcburi şəkildə daxil olan bir qrup qazini həbs etdirmək istəyir.

Bu barədə Gununsesi.info-ya nazirliyinin adının çəkilməsini istəməyən əməkdaşlarından biri bildirib.
Onun sözlırinə görə, Sahil Babayev nazirliyin qapısını sındıran qazilərlə bağlı hüquq-mühafizə orqanlarına şikayət edilməsi ilə bağlı Aparat rəhbərinə göstəriş verib.

Nazirin göstərişində  qazilərin nazirlikdə komputerləri sındırması faktlarının olduğu və bunun şikayətə əlavə edilməsi də tapşırılıb.

Qeyd edək ki, nazirlə görüşə gələn bir qrup qazinin üzünə qapılar bağlandığından onlar zorla içəriyə girib.

Qazilər  onlara əlillik verilmədiyini deyib.

Gülnar

Gununsesi.info