Siyasi partiyalar qanununun qüvvəyə minməsi Azərbaycana tənqidləri artıracaq - ŞƏRH

  • By admin
  • 12 Yanvar 2023 10:23

Yerli və beynəlxalq ictimaiyyətin çağırışlarına baxmayaraq, “Siyasi Partiyalar Haqqında” yeni  qanun qüvvəyə mindi.

Qeyd edək ki, yeni qanun Azərbaycanda siyasi partiyaların və beynəlxalq qurumların tənqidlərinə məruz qalıb.

HTML tutorial

Belə ki, Avropa Şurasının Venesiya Komissiyası və dugər beynəlxalq qurumlar Prezident İlham Əliyevi yeni qanunu imzalamamağa və geri qaytarmağa çağırıb.

Bu isə o deməkdir ki, Azərbaycan növbəti dəfə beynbəlxalq ictimaiyyətin tənqid hədəfində olacaq.

Yeni qanunla bağlı tənqidlərdə bildirilir ki, partiya yaratmaqla bağlı üzvlərin sayına  görə 5 min tələbinin qoyulması ağır tələbdir.

Qeyd edək ki, layihənin ilkin variantında  versiyada siyasi partiyaların dövlət qeydiyyatına alınması üçün 10 min üzvünün olması tələb edilirdisə, yeni versiyada bu rəqəm 5000 nəfərə endirilib.

Bununla yanaşı, dövlət qeydiyyatına alınmış siyasi partiyada üzv sayının 4500-dən aşağı olması halında həmin siyasi partiyanın dövlət qeydiyyatının ləğvi barədə məhkəmədə iddia qaldırılır. Həmçinin siyasi partiya üzvlərinin reyestri aparılacaq.

Qanunda isə narazılıq doğuran əsas məsələlərdən biri siyasi partiyanın dövlət qeydiyyatına alınmadan fəaliyyət göstərməsinin qadağan edilməsidir.

Qeyd edək ki, Prezident Fərmanına görə, Nazirlər Kabineti “Siyasi partiyalar haqqında” qanunun pozulmasına görə məsuliyyət növlərini müəyyən edən qanun layihəsini iki ay müddətində hazırlayıb prezidentə təqdim edəcək.

Nazirlər Kabineti, həmçinin üç ay müddətində siyasi partiyaların qəbul etdikləri ianələrin məbləği və ianəni vermiş şəxslərlə bağlı məlumatların təqdim edilməsi, siyasi partiyanın maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi qaydasını təsdiq edəcək.

Elmar Elnuroğlu

Gununsesi.info