Şimali İrlandiyada təqribən 9 min tibb bacısının iştirakı ilə mitinq keçirilib. Yürüş səbəbindən bəzi təcili tibbi yardım xidmətləri təxirə salınıb.
Gununsesi.org xəbər verir ki, mitinqə səbəb Şimali İrlandiyadakı tibb bacılarının İngiltərə və Uelsdəki həmkarlarından daha az maaş almaları və xəstəxanalarda kadr potensialının çatışmamasıdır.
Qeyd edək ki, Şimali İrlandiyada təxminən 300 min insan məsləhətçi ilə görüş üçün gözləmə siyahısındadır.
Ölkədəki Səhiyyə və Sosial Müdafiə Təşkilatı mitinq səbəbindən yaranan ləngimələrə görə pasiyentlərdən üzr istəyib.
Gununsesi.org
COMMENTS