Fransa polisi məktəblilərə qarşı gözyaşardıcı qazdan istifadə edib

Fransa polisi məktəblilərə qarşı gözyaşardıcı qazdan istifadə edib

Fransa polisi məktəblilərə qarşı gözyaşardıcı qazdan istifadə edib. 

Gununsesi.org xəbər verir ki, Parisin Elen Buşer (Helene Bouchert) liseyinin şagirdləri pensiya sistemindəki islahatlara etiraz olaraq aksiya keçirirlərmiş.

Bu zaman şagirdlərlə polislər arasında qarşıdurma yaranıb. Nəticədə polis nümayişçilərə qarşı gözyaşardıcı qazdan istifadə edib. Şagirdlər də etiraz olaraq məktəbə giriş və çıxışı nəzarətə götürməyə nail olublar.

Məktəblilər arasında Parisin Moris Ravel (Maurice Ravel), Onore de Balzak (Honore de Balzac), Jak Dekur (Jacques Decour) və Kolber (Colbert) liseyinin şagirdləri də var.

 

Gununsesi.org

COMMENTS