Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Qələbə Günü münasibətilə Moskvaya gəlib.
Gununsesi.info xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.
“Qələbə Günü münasibətilə Rusiyada gözlənilən Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin təyyarəsi Moskvada yerə enib”, — deyə məlumatda bildirilir.
Bundan əvvəl “Gazeta.uz” hökumətdəki mənbəyə istinadən yazmışdı ki, prezident 9 mayda Moskvada keçiriləcək Qələbə paradına gəlməyəcək. Nəşr qeyd edirdi ki, Kreml tərəfindən dərc olunan Qələbə Günü şənliklərinə dəvət olunanlar siyahısında Mərkəzi Asiya ölkələrinin prezidentlərinin adları göstərilməyib.












