Son dövrlərdə əmək bazarında ən çox yanlış başa düşülən məsələlərdən biri sınaq müddəti ilə bağlıdır. Bir çox işçi sınaq müddətində tam hüquqlu əməkdaş sayılmadığını və bu dövrdə hüquqlarının məhdud olduğunu düşünür. Lakin hüquqşünaslar bu fikrin doğru olmadığını bildirirlər.
Gununsesi.info-ya danışan hüquqşünas şamil Paşayev bildirir ki, sınaq müddəti əmək müqaviləsinin xüsusi şərti olsa da, bu, işçinin əmək hüquqlarının itirilməsi anlamına gəlmir.
Onun sözlərinə görə, “sınaq müddətində olan işçi də əmək qanunvericiliyinin tam müdafiəsi altındadır. Ona əməkhaqqı ödənilməli, iş vaxtı, istirahət vaxtı və digər hüquqları qorunmalıdır”.
Sınaq müddətinin əsas fərqi işəgötürənin əmək münasibətlərini daha sadə qaydada yekunlaşdıra bilməsidir.
Hüquqşünas qeyd edib ki, “sınaq müddətində əmək müqaviləsinə xitam verilməsi daha sadələşdirilmiş prosedurla həyata keçirilə bilər. Lakin bu, işçinin hüquqsuz olduğu anlamına gəlmir”.
Yəni işəgötürən sınaq müddətində işçini uyğun hesab etmədikdə, qanunvericilikdə nəzərdə tutulan qaydalar çərçivəsində əmək müqaviləsinə xitam verə bilər.
Bəs sınaq müddətində olan işçi də aşağıdakı hüquqlara malikdir?
Sınaq müddətində olan işçi də aşağıdakı hüquqlara malikdir?
Əməkhaqqının tam ödənilməsi, iş vaxtı və istirahət hüquqlarının qorunması, təhlükəsiz əmək şəraiti, əmək müqaviləsinin qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməsi bura aiddir.
Hüquqşünasların fikrincə, praktikada yaranan problemlərin əsas səbəbi işçilərin sınaq müddətini “hüquqsuz mərhələ” kimi qəbul etməsidir. Bu yanlış yanaşma bəzən əməkhaqqının gecikdirilməsi, qeyri-rəsmi işə cəlb edilmə və ya əsassız işdən çıxarılma kimi hallara qarşı müqavimətin zəifləməsinə səbəb olur.
Orxan










