Savaşın 19-cu günü: İlham Əliyev böyük MÜJDƏNİ ELAN ETDİ, Pakistan...

Gununsesi.info Ermənistan silahlı qüvvələrinin təxribatından sonra Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə uzun illər işğalda olan torpaqlarımızın azad olunması uğrunda başladılan əks-hücum əməliyyatları ilə bağlı “Müharibənin bu günü” xronikasını təqdim edir:

15 oktyabr 2020-ci il. Müharibənin 19-cu günü…

Saat – 03:13 – İlham Əliyev “France 24” televiziya kanalına müsahibə verdi

Saat – 08:36 – Düşmən darmadağın edildi – XEYLİ SAYDA İTKİ VERDİ

2020-ci il oktyabrın 14-dən 15-ə keçən gecə cəbhənin Ağdərə-Ağdam və Füzuli-Hadrut-Cəbrayıl istiqamətlərində əvvəlki günlərdə olduğu kimi vəziyyət gərgin olaraq qalırdı. Ermənistan silahlı qüvvələrinin bölmələri gecə ərzində cəbhənin bəzi istiqamətlərində Azərbaycan Ordusunun mövqelərinə basqın etməyə cəhd göstərdi. Qoşunlarımız tərəfindən həyata keçirilən uğurlu tədbirlər nəticəsində qarşı tərəf ciddi itki verdi və cəbhənin müxtəlif istiqamətlərində geri çəkilməyə məcbur edildi.

Saat – 08:48 – Düşmən yaşayış məntəqələrimizi ATƏŞƏ TUTDU

Humanitar atəşkəs rejimini kobudcasına pozan Ermənistan silahlı qüvvələri ötən ilin bu günü Goranboy, Tərtər, Ağdam və Ağcabədi rayonlarının ərazilərini atəşə tutdu.

Saat – 09:00 – Nazirlik ermənilərin verdiyi itkiləri AÇIQLADI

Ötən ilin bu günü gecə saatlarında Azərbaycan Ordusu tərəfindən həyata keçirilən fəaliyyətlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, 2 ədəd T-72 tankı, 1 ədəd “Tor-M2KM” zenit raket kompleksi, 4 ədəd BM-21 “Qrad” YARS, 1 ədəd D-20, 1 ədəd D-30 və 2 ədəd D-1 haubitsa topu, bir neçə PUA-sı və avtomobil texnikası məhv edildi.

Saat – 09:34 – Ermənilər mülki əhalini atəşə tutdu, 1 nəfər yaralandı

“Ermənistan silahlı qüvvələri humanitar atəşkəsə açıq şəkildə əməl etməyərək Azərbaycanın Tərtər, Ağcabədi, Ağdam və digər rayonlarını atəşə tutublar. Nəticədə 1 dinc sakin yaralanıb”. Ötən ilin bu günü bunu Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev “Tvitter” hesabında yazdı.

İlham Əliyev: “Təkcə dronlar Ermənistana 1 milyard dollar ziyan vurub”

Saat – 10:15 – “Los Angeles Times” erməni təcavüzünə dair məqalə dərc etdi

Saat – 10:22 – Erməni general məhv edildi

Ötən ilin bu günü Azərbaycan Silahlı Qüvvələri Ermənistan hərbi birləşmələrinin general-mayoru Artak Tonoyanı məhv etdi. O, Qarabağda zərərsizləşdirildi.

Saat – 10:27 – Ermənilər Ağdamı atəşə tutdu, yaralılar oldu

15.10.2020-ci il tarixdə səhər saatlarından başlayaraq düşmən tərəfin silahlı birləşmələri tərəfindən Ağdam rayonu müxtəlif istiqamətlərdən intensiv raket və ağır artilleriyadan atəşə tutuldu. Saat 09 radələrində Ağdam rayonu, Birinci Baharlı qəsəbəsində fərdi yaşayış evlərinə mərmi düşməsi nəticəsində 1969-cu il təvəllüdlü Vəliyev Şahsuvar Millət oğlu və 1979-cu il təvəllüdlü Musayev Roman Yusif oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirildi, yaşayış evlərinə isə ciddi ziyan dəydi.

Saat – 10:51 – Ermənilərin hərbi hissə komandiri məhv edildi

Ötən ilin bu günü Ermənistan silahlı qüvvələrinin polkovniki Vahan Asatryan məhv edildi. Bu barədə ölkənin baş naziri Nikol Paşinyan feysbukda yazdı.

Saat – 13:11 – Prezident azad edilmiş ərazilərlə bağlı YENİ TVİT ATDI

Saat – 13:35 – İlham Əliyev Türkiyənin NTV televiziyasına müsahibə verdi

Saat – 13:45 – DTX Ermənistan Müdafiə Nazirliyinin ŞOK YAZIŞMASINI ƏLƏ KEÇİRDİ

Saat – 13:50 – Ermənilərdən Tərtərdə dəfn mərasiminə DƏHŞƏTLİ HÜCUM

Ötən ilin bu günü Ermənistanın Tərtər şəhərindəki qəbiristanlıqda dəfn mərasimi zamanı həyata keçirdiyi hücum nəticəsində 3 mülki vətəndaş həlak oldu, 3-ü ağır yaralandı.

Saat – 17:21 – İlham Əliyev böyük MÜJDƏNİ ELAN ETDİ

“Füzuli rayonunun bir sıra kəndlərini biz işğalçılardan azad etdik”. Ötən ilin bu günü bunu Türkiyənin NTV televiziya kanalına müsahibəsində Azərbaycan Prezidenti İlham Əliyev söylədi. “Əminəm ki, yaxın zamanlarda Füzuli rayonundan da çox yaxşı xəbərlər gələcək”, – deyə Prezident bildirdi.

Saat – 17:27 – Biz irəliləyəcəyik! – Ali Baş Komandan

“Biz irəliləyəcəyik!”

Ötən ilin bu günü bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyənin NTV televiziya kanalına müsahibəsində bildirdi.

Saat – 17:42 – Ordumuz yeni əraziləri AZAD ETDİ

Saat – 19:19 – Çavuşoğlu Lavrovla Qarabağı MÜZAKİRƏ ETDİ

Saat – 19:32 – DTX erməni terroru ilə bağlı XƏBƏRDARLIQ ETDİ

Saat – 20:24 – Türkiyə Müdafiə Nazirliyi: “Ermənistanın cinayətlərini bütün dünyaya elan etməkdən çəkinməyəcəyik”

Saat – 22:00 – Prezident Dmitri Kiselyova müsahibə verdi

Ötən ilin bu günü Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın “Ria Novosti” agentliyi üçün “Rossiya Seqodnya Beynəlxalq İnformasiya Agentliyi” media qrupunun baş direktoru Dmitri Kiselyova müsahibə verdi.

Saat – 22:21- Mehriban Əliyeva dünya ictimaiyyətinə çağırış etdi

 

 

 

 

 

 

 

View this post on Instagram 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

A post shared by Mehriban Aliyeva (@firstvicepresidentazerbaijan)

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Saat – 22:35 – Prezident baza prinsiplərini açıqladı: “Birinci mərhələdə işğal edilmiş 5 rayon, ikinci mərhələdə…”

“Baza prinsipləri uzun illər ərzində, deyərdim ki, 10 ildən artıq müddətdə işlənib hazırlanıb. Ermənistanın əvvəlki rəhbərliyi ilə iş prosesində biz mövqelərimizin razılaşdırılması istiqamətində çox fəal irəliləyirdik. Bu, çox mürəkkəb məsələ idi. Danışıqlar istənilən halda, xüsusən belə mühüm məsələdə mürəkkəb prosesdir. Buna baxmayaraq, hər iki tərəf siyasi nizamlama yolu ilə getmək arzusu nümayiş etdirirdi. Lakin təəssüf ki, Ermənistanın indiki rəhbərliyi hakimiyyətə gələndən sonra erməni tərəfi o vaxta qədər əldə edilənlərin hamısını sadəcə kənara atdı. Üstəlik, danışıqların formatını dəyişməyə, qondarma “Dağlıq Qarabağ respublikası”nın qondarma “hakimiyyət orqanları”nı danışıqlara cəlb etməyə cəhd göstərildi. Bu cəhd həm bizim tərəfimizdən, həm də ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən rədd edildi”.

Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2020-ci il oktyabrın 15-də Rusiyanın “Ria Novosti” agentliyi üçün “Rossiya Seqodnya Beynəlxalq İnformasiya Agentliyi” media qrupunun baş direktoru Dmitri Kiselyova müsahibəsində bildirdi.

Saat – 23:31 – Pakistan XİN-dən Qarabağ AÇIQLAMASI

“Pakistan Azərbaycanın Gəncə şəhərinin və digər mülki yaşayış mərkəzlərinin atəşə tutulması ilə bağlı son xəbərlərdən olduqca narahatdır və Ermənistanı bu əməllərdən çəkinməyə çağırır”. Ötən ilin bu günü bu barədə Pakistan Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda qeyd olundu. Bildirildi ki, Pakistan Dağlıq Qarabağ bölgəsində cərəyan edən hadisələri yaxından izləyir.

Gununsesi.info