Rusiyanın Sibir Federal Universitetinin alimləri bildirib ki, qarabaşaq pəhrizi orqanizmə müalicəvi təsir göstərir.
Gununsesiaz.info REN TV-yə istinadən xəbər verir ki, mütəxəssislərin apardığı tədqiqatın nəticələri “Journal of Cereal Science” nəşrində dərc edilib.
Məqalədə qeyd olunub ki, qarabaşağın istifadəsi orqanizmdə “uzunömürlülük zülalı” hesab olunan SIRT1-in səviyyəsini artırır.
Alimlər qeyd edirlər ki, orqanizmdə SIRT1-in səviyyəsi qocalma sürətini azaldır, bədənin stresə qarşı müqavimətini artırır.
Bundan əlavə, qarabaşağın tərkibi fosfor, kükürd, yod, sink, titan, dəmir kimi mikroelementlərlə, A, E, PP, B qrup vitaminlərlə zəngindir.
Gununsesiaz.info
COMMENTS