Gürcüstanda koronavirus pandemiyası səbəbindən tətbiq olunan beynəlxalq müntəzəm uçuşlara qoyulan qadağa avqustun 31-dək qüvvədə qalacaq.
Gununsesi.org xəbər verir ki, bu barədə Gürcüstan Mülki Aviasiya Agentliyinin bəyanatında bildirilib: “Koronavirusun yayılmasının qarşısını almaq məqsədilə görülən tədbirlər çərçivəsində beynəlxalq planlaşdırılmış uçuşların həyata keçirilməsinə qoyulan məhdudiyyət uzadılaraq, 31 avqust 2020-ci il tarixinə qədər qüvvədə qalacaq”.
Agentlik bildirib ki, bu məhdudiyyət Paris, Münhen və Riqa aviareyslərinə şamil olunmayacaq. Agentliyin məlumatına görə, artıq bütün aviaşirkətlərə müvafiq məlumatlar göndərilib.
Xatırladaq ki, Gürcüstan Mülki Aviasiya Agentliyi martın sonundan etibarən tətbiq olunan bu qadağanı sonuncu dəfə iyulun 21-dək uzatmışdı.
Gununsesi.org
COMMENTS