Saleh Rüstəmov kütləvi aksiyalara qarşı çıxdı

Vəkil Bəhruz Bayramov hazırda Penitensiar Xidmətin Müalicə Müəssisəsinə aclıq aksiyası keçirən Gədəbəy Rayon İcra Hakimiyyətinin keçmiş başçısı, siyasi məhbus Saleh Rüstəmovla görüşüb.
Bu barədə Gununsesi.info-ya vəkilin özü bildirib.
Bəhruz Bayramovun sözlərinə görə, bu dəfə onun yanına Saleh Rüstəmovu kömək vasitəsilə gətiriblər: “Çünki, artıq yeriməyə çətinlik çəkir, vəziyyəti hər gün daha da pisləşir, yaddaşı itir”. Bəhruz Bayramov onu da bildirib ki, Saleh Rüstəmov onun azadlığı üçün aksiya keçirən insanlara da səslənib:
“O bildirdi ki, aksiyada insanalara qarşı zorakılıqlar olur, onlar inzibati qaydada həbs olunur və məndən xahiş etdi ki, onun azadlığı ilə bağlı aksiyalar təxirə salınsın. Çünki o istəmir ki, ona görə başqa insanlar əziyyət çəksin. Bildirdi ki, mübarizəni özü davam etdirir”.

Gununsesi.info