AŞ PA həbsdə aclıq edən sabiq icra başçısına azadlıq istədi

AŞPA məruzəçiləri Stefan Şennak və Riçard Bekon hazırda həbsdə aclıq edən Gədəbəy rayon icra hakimiyyətinin sabiq başçısı Saleh Rüstəmlinin durumu ilə bağlı xüsusi açıqlama yaydılar.

Avropa Şurasından Gununsesi.info-nun elektron poçtuna daxil olan xəbərdə qeyd edilir ki, Saleh Rüstəmli ilə bağlı məsələ Azərbaycanda ədalətsiz mühakimənin geniş tətbiq edildiyini sübut edən faktlardan biridir.

AŞPA-nın yaydığı sənəddə Saleh Rüstəmlinin uzun müddət davam edən aclıq aksiyası nəticəsində səhhətinin narahatlıq doğuracaq səviyyədə olduğu bildirilir.
“Biz Azərbaycan hökumətini Saleh Rüstəmlini humanitar mülahizələrlə dərhal azadlığa buraxmağa çağırırıq”,-deyə məruzəçilər bildiriblər.

Günay
Gununsesi.info